Britaniyanın konsaltinq şirkəti Azərbaycanda nümayəndəlik açıb

Maliyyə
  • 19 avqust, 2015
  • 12:07
Britaniyanın konsaltinq şirkəti Azərbaycanda nümayəndəlik açıb

Bakı. 19 avqust. REPORT.AZ/ Böyük Britaniyanın "Masterpay Group Ltd." konsaltinq şirkəti Azərbaycanda nümayəndəlik açıb. Bu barədə "Report"a Vergilər Nazirliyindəki mənbələrdən məlumat verilib.

Qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri rusiyalı iş adamı Sergey Jirixindir.

"Masterpay Group Ltd." 2003-cü ildə yaradılıb və bir neçə sahədə fəaliyyət göstərir. Əsasən audit xidmətləri göstərən şirkət MDB ölkələrində subpodtratçılar, podratçılar və agentliklərə qanunvericiliklə bağlı məsləhətlər verir.