Thonqlun Sisulit: Bakıda imzalanan sənədlər Laos ilə Azərbaycan arasındakı ənənəvi münasibətləri gücləndirəcək

Xarici siyasət
  • 13 oktyabr, 2026
  • 11:44
Thonqlun Sisulit: Bakıda imzalanan sənədlər Laos ilə Azərbaycan arasındakı ənənəvi münasibətləri gücləndirəcək

Bu gün Bakıda imzalanan sənədlər Laos ilə Azərbaycan arasındakı yaxşı ənənəvi münasibətləri gücləndirəcək.

"Report"un məlumatına görə, bunu Laos Xalq Demokratik Respublikasının prezidenti Thonqlun Sisulit Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib.

"Biz bir neçə saziş, o cümlədən əməkdaşlığı inkişaf etdirmək niyyətimizin mühüm təsdiqinə çevrilən Birgə Bəyannamə imzaladıq. Əminik ki, gələcəkdə azərbaycanlı sahibkarlar Laos iqtisadiyyatına daha fəal investisiya yatıracaqlar. Biz ticarətin genişlənməsinə, investisiyaların artmasına, turizmin inkişafına, eləcə də mədəni mübadilələrə ümid edirik", - Laos Prezidenti bildirib.

44 filmi