"Arsenal" Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəmək niyyətindədir

Futbol
  • 13 oktyabr, 2026
  • 11:49
Arsenal Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəmək niyyətindədir

Argentina milli komandasının heyətində dünya çempionu olan İspaniyanın "Atletiko" klubunun hücumçusu Xulian Alvares üçün İngiltərənin "Arsenal" komandası 100 milyon funt-sterlinq ödəmək niyyətindədir.

"Report" "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 26 yaşlı forvardla ötən yay da maraqlanıb.

Madrid klubunda uzunmüddətli qalmaq perspektivindən narazı olan argentinalı forvard indi "Arsenal"la danışıqlara başlamağa hazırdır.

Qeyd edək ki, X.Alvares La Liqanın cari mövsümündə "Atletiko"nun keçirdiyi 4 matçın heç birində start heyətində yer almayıb və məhsuldar göstərici ilə fərqlənməyib. Onun Madrid klubu ilə müqavilə müddəti 2030-cu ilin yayına qədərdir.

"Transfermarkt" portalı futbolçunun dəyərini 110 milyon avro qiymətləndirir.