"İnternational Leasing" səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 13 oktyabr, 2026
  • 11:46
İnternational Leasing səhmdarlarının yığıncağı keçiriləcək

Noyabrın 11-də, saat 11:00-da "İnternational Leasing" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, 86A ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin Müşahidə Şurasının və İdarə Heyətinin təsis edilməsi, üzvlərinin müəyyən olunması, Cəmiyyətin direktorun səlahiyyətlərinə xidmət verilməsi, şirkətin nizamnaməsinə dəyişiklik edilməsi daxildir.

"İnternational Leasing" 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Şirkətin səhmlərinin 45 %-i Nicat Həsənova, 45 %-i onun qardaşı Rifat Həsənova, 10 %-i isə Leyla Cabbarovaya məxsusdur. N.Həsənov həm də "Express Lombard" ASC-nin, R.Həsənov isə həm də "International" ASC bank olmayan kredit təşkilatının (BOKT) yeganə səhmdarlarıdır. 2-cinin İdarə Heyətinin sədri N.Həsənovdur.