Laos Prezidenti: Müxtəlif qurumlardan Azərbaycana nümayəndə heyəti göndərəcəyik

Xarici siyasət
  • 13 oktyabr, 2026
  • 11:47
Laos Prezidenti: Müxtəlif qurumlardan Azərbaycana nümayəndə heyəti göndərəcəyik

Laos Prezidenti münasibətlərin yaxşı səviyyəyə çatdırılması üçün müxtəlif qurumlardan Azərbaycana nümayəndə heyətləri göndərəcəyini bəyan edib.

"Report"un məlumatına görə, bunu Prezident Thonqlun Sisulit Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib.

T.Sisulit qeyd edib ki, səfər çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədovla görüşəcək və ona ikitərəfli əməkdaşlığı aktivləşdirmək üçün müvafiq qurumlara tapşırıq verməyi təklif edəcək:

"Gələcəkdə mən investisiya, energetika, təhsil sahələrində və maraq doğuran digər istiqamətlərdə qarşılıqlı fəaliyyətin inkişafına mühüm töhfə verə biləcək nazirləri Azərbaycana göndərmək niyyətindəyəm. Onlar əməkdaşlıq perspektivlərini ətraflı müzakirə edə və razılaşmalarımızın həyata keçirilməsi üçün konkret mexanizmlər hazırlaya biləcəklər".