Laos Prezidenti: 44 il əvvəl olduğum Bakını çətinliklə tanıdım
- 13 oktyabr, 2026
- 11:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Laos Prezidenti 44 il əvvəl olduğu Bakını çətinliklə tanıdığını bəyan edib.
"Report"un məlumatına görə, bunu Prezident Thonqlun Sisulit Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib.
"Azərbaycandakı sürətli inkişafı görmək sevindiricidir, mən Bakını çətinliklə tanıdım, 44 il əvvəl burada olmuşdum".
"Mən 44 il əvvəl Bakıya gəlmişdim və bu gün yenidən buradayam. Bu müddət ərzində Bakının və bütövlükdə Azərbaycanın sürətli inkişafını gördüm. Mənim üçün çox şey dəyişib və 44 il əvvəl ziyarət etdiyim Azərbaycanı çətinliklə tanıyıram", - o deyib.
Thonqlun Sisulit həmçinin vurğulayıb ki, baş verən dəyişikliklərə baxmayaraq, Azərbaycan xalqı öz mədəniyyətinə və ənənələrinə xas olan mehribanlığı, səmimiyyəti və qonaqpərvərliyi qoruyub saxlayıb.
"Bu keyfiyyətlər əvvəlki səfərim zamanı yadımda qaldığı kimi eyni olaraq qalır. Bu, mənə dərin təəssürat bağışladı", - Laos prezidenti əlavə edib.