"Mançester Siti" sabiq qapıçısı Heronimo Rulyini heyətinə qatıb

Futbol
  • 12 avqust, 2026
  • 14:57
Mançester Siti sabiq qapıçısı Heronimo Rulyini heyətinə qatıb

İngiltərənin "Mançester Siti" klubu Fransa təmsilçisi "Marsel"in qapıçısı Heronimo Rulyini heyətinə qatıb.

"Report" xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.

34 yaşlı qolkiperin müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Xatırladaq ki, Heronimo Rulyi 2016/2017 mövsümündə də "Mançester Siti"nin formasını geyinib. Amma o, bir dəfə də oyuna çıxmayıb.

44 - Tezliklə