NATO baş katibi: "İslam Dövlətinə" qarşı mübarizə uzun illər davam edə bilər

Digər ölkələr
  • 27 may, 2015
  • 00:07
NATO baş katibi: İslam Dövlətinə qarşı mübarizə uzun illər davam edə bilər

Bakı. 27 May. REPORT.AZ/ İraq və Suriyada aktiv olan terrorçu "İslam Dövləti" qruplaşmasına qarşı mübarizə uzun illər davam edə bilər. "Report" BBC-yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberg bildirib.

Onun sözlərinə görə, "İslam Dövləti" ilə mübarizə heç də asan iş deyil.  "Səylərimiz uzun illər davam edə bilər", - deyən Y.Stoltenberg, bildirib ki, gələcəkdə bölgədə təhlükəsizliyi yerli hərbi birləşmələrin özləri təmin edəcək. Ancaq bu məqsədə nail olmaq üçün "illərlə işləmək" lazımdır.

44 - Tezliklə