Albaniyada etiraz aksiyası zamanı 15 nəfər xəsarət alıb

Digər ölkələr
  • 22 noyabr, 2018
  • 21:13
Albaniyada etiraz aksiyası zamanı 15 nəfər xəsarət alıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Albaniyanın paytaxtı Tiranada yerli sakinlərlə polis arasında toqquşma baş verib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, nəticədə 15 nəfər yaralanıb.

Yerli sakinləri hökumətin şəhər dairəvi yolunun genişləndirilməsi üçün bir neçə yüz yaşayış binasının sökülməsi barədə qərarı özündən çıxarıb. Nümayişçilərdən bir qisminin parlament binasına daxil olmaq cəhdi dinc etiraz aksiyasını qarşıdurma həddinə çatdırıb.

Bildirilir ki, toqquşma zamanı 3 mitinqçi və 12 polis əməkdaşı xəsarət alıb. Daha 11 nümayişçi saxlanılıb.

Bundan əvvəl Fransada keçirilən etiraz aksiyasında 409 nəfər yaralanıb.