ABŞ Senatı dövlət katibinin yeni köməkçisinin namizədliyini təsdiqləyib

Digər ölkələr
  • 04 oktyabr, 2023
  • 17:45
ABŞ Senatı dövlət katibinin yeni köməkçisinin namizədliyini təsdiqləyib

ABŞ Senatı prezident Cozef Baydenin Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə keçmiş koordinatoru Ceyms Obrayenin dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə namizədliyini təsdiqləyib.

“Report”un məlumatına görə, onun namizədliyini 67 senator dəstəkləyib, 31 senator isə əleyhinə çıxıb.

O, xüsusilə Rusiya ilə münasibətlərlə bağlı məsələlərə nəzarət edəcək. Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini martın sonunadək Karen Donfrid tutub.

Onun istefası barədə daha əvvəl Amerikanın xarici siyasət departamentinin rəhbəri Entoni Blinken məlumat vermişdi.

44 - Tezliklə