Azərbaycan Polşadan kombayn alışını bərpa edib 

Biznes
  • 14 iyul, 2025
  • 15:57
Azərbaycan Polşadan kombayn alışını bərpa edib 

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 8,55 milyon ABŞ dolları dəyərində 49 ədəd taxılyığan kombayn idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 25 dəfə, kəmiyyət olaraq – 49 dəfə artıb.

Hesabat dövründə Azərbaycan Polşadan 7,6 milyon ABŞ dolları dəyərində 40 ədəd (tədarük bərpa edlib), Xorvatiyadan 586,4 min ABŞ dolları dəyərində 3 ədəd (1 il əvvəl tədarük olmayıb), İtaliyadan 199 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 42 % az) 1 ədəd (dəyişməyib) və Çindən 131 min ABŞ dolları dəyərində 5 ədəd (1 il əvvəl tədarük olmayıb) kombayn alıb.

Azərbaycan 1 il 6 aylıq fasilənin ardından Polşadan kombayn tədarükünü bərpa edib.

2024-cü ildə Azərbaycana 7 ölkədən idxal edilmiş 4,9 milyon ABŞ dolları dəyərində kombaynın 36,8 %-i ABŞ-nin, 24,4 %-i Xorvatiyanın, 20,2 %-i İtaliyanın payına düşüb.

44 - Tezliklə