"İdeal Kredit" BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 08 may, 2026
  • 14:04
İdeal Kredit BOKT maliyyə vəziyyətini açıqlayıb

"İdeal Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 3,041 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 28,3 % çoxdur.

Ötən il "İdeal Kredit"in vergiyəqədərki mənfəəti 3,809 milyon manat (əvvəlki ilə nisbətən 30,3 % çox), mənfəət vergisi ödəmələri isə 768 min manat (39,1 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "İdeal Kredit"in aktivləri 24,187 milyon manat olub ki, bu da illik müqayisədə 35 % çoxdur. Bunun 22,005 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-c i ildə BOKT-un kredit portfeli 39,9 % böyüyüb.

Hesabat dövründə "İdeal Kredit"in öhdəlikləri 30,5 % artaraq 13,835 milyon manata, balans kapitalı isə 41,6 % artaraq 10,352 milyon manata çatıb.

Xatırladaq ki, "İdeal Kredit" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 647 min manatdır. BOKT-un təsisçiləri 50 % payla Qubad Qubadov (direktor) və 50 % payla Eldar Hüseynovdur.

44 - Tezliklə