Azərbaycan biznes nümayəndə heyətinin Vyetnama səfəri planlaşdırılır

Biznes
  • 14 oktyabr, 2026
  • 10:45
Azərbaycan biznes nümayəndə heyətinin Vyetnama səfəri planlaşdırılır

Gələn il Azərbaycan biznes nümayəndə heyəti Vyetnama səfər edəcək.

"Report" xəbər verir ki, bunu Laos Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Tanonqsin Kanlanya Bakıda keçirilən Azərbaycan-Laos biznes forumunda bildirib.

"Azərbaycanın işgüzar dairələrinin nümayəndə heyəti ikitərəfli əməkdaşlığın perspektivli istiqamətləri ilə tanış olmaq üçün gələn il Vyetnama səfər etmək niyyətindədir. Biz, LNCCI olaraq, bu məsələdə sizə dəstək göstərməyə hazırıq", - T.Kanlanya qeyd edib.

44 - Tezliklə