Laos Azərbaycanla birgə İşgüzar Şuranın yaradılması təşəbbüsü ilə çıxış edib
- 14 oktyabr, 2026
- 10:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Laos iki ölkənin ticarət və sənaye palataları arasında birgə İşgüzar Şuranın və ya işçi qrupunun formalaşdırılması təşəbbüsünü irəli sürüb.
"Report" xəbər verir ki, bu təkliflə Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Tanonqsin Kanlanya Azərbaycan-Laos biznes-forumu çərçivəsində çıxış edib.
Onun sözlərinə görə, bu strukturun məqsədi müntəzəm görüşlərin keçirilməsi və qurulmuş işgüzar əlaqələrin sonrakı monitorinqinin həyata keçirilməsi olacaq.
Palatanın vitse-prezidenti bildirib ki, LNCCI hər iki ölkənin özəl sektorları arasında etibarlı koordinasiya mexanizmi funksiyasını yerinə yetirmək əzmindədir və tərəflər arasında səmərəli işgüzar tərəfdaşlığın, həmçinin birgə müəssisələrin təsis olunmasının həvəsləndirilməsinə, dəstəklənməsinə və genişləndirilməsinə tam hazırlıqlı olduğunu ifadə edir.
"Bu məsələ ilə bağlı Laos tərəfi müntəzəm məsləhətləşmələrin keçirilməsini və əvvəlcədən razılaşdırılmış qərarların real tətbiqini təmin edəcək birgə İşgüzar Şuranın və ya xüsusi işçi qrupunun formalaşdırılması təşəbbüsü ilə çıxış edir. Bundan başqa, Laos investorların hüquqlarının müdafiəsinə təminat yaradan qanunvericilik bazasının yaradılması istiqamətində hər iki dövlətin hökumətlərinin fəallığının artırılmasını vacib sayır. Konkret olaraq, investisiyaların təşviqi və qarşılıqlı şəkildə qorunmasına dair sazişin, eləcə də ikiqat vergitutmanın aradan qaldırılmasına aid sazişin hazırlanması və imzalanması nəzərdə tutulur", - T. Kanlanya qeyd edib.