Sudanda Ramazan bayramının ilk günündə azı 59 nəfər ölüb
- 21 aprel, 2023
- 19:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Sudanda Ramazan bayramının ilk günü baş verən qarşıdurmalarda azı 59 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb.
"Report" xəbər verir ki, bunu "Asharq" telekanalına şərhində ölkənin səhiyyə naziri Haysham Mohammed İbrahim deyib.
Onun sözlərinə görə, qurbanlar və zərərçəkənlər barədə qeydə alınan məlumatlar idarəyə ölkənin yalnız dörd ştatından daxil olub.
İbrahim əlavə edib ki, Sudanın səhiyyə sistemi kritik vəziyyətdədir, çünki bir çox tibb müəssisələri hərbi əməliyyatlar fonunda fəaliyyət göstərə bilmir. Məsələn, Xartumdakı 130 xəstəxanadan 43-ü tamamilə dağılıb.
Bundan əvvəl Sudan ordusu və Çevik Reaksiya Qüvvələri atəşkəs barədə razılığa gəliblər. Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı vasitəçi rolunda çıxış edir. Buna baxmayaraq, ordu hissələri ilə xüsusi təyinatlılar arasında toqquşmalar davam edib.