Türkiyə DİN rəsmisi: Zəngəzur dəhlizi bölgə və dünya iqtisadiyyatına mühüm töhfə verəcək

Xarici siyasət
  • 24 noyabr, 2025
  • 11:46
Türkiyə DİN rəsmisi: Zəngəzur dəhlizi bölgə və dünya iqtisadiyyatına mühüm töhfə verəcək

Zəngəzur dəhlizi bölgə və dünya iqtisadiyyatına mühüm töhfə verəcək.

"Report" xəbər verir ki, bunu Türkiyə Daxili İşlər Nazirliyi (din) Vətəndaş cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin direktor müavini Özcan Aygün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda keçirilən "Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü" adlı paneldə deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin tam gücü ilə işə salınması tarixi hadisə olacaq:

"Zəngəzur dəhlizi ilk növbədə ölkə və region, eləcə də dünya iqtisadiyyatına mühüm faydalar verəcək. Süveyş kanalının açılması həmin regionun dövlətlərinə və qlobal iqtisadiyyata böyük töhfələr vermişdisə, Zəngəzur dəhlizi qarşılıqlı fayda planında ciddi dəyişikliklərin başlanğıcı olacaq".

O vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə ictimai və mədəni həyatda müsbət proseslər vüsət alacaq:

"Bu prosesə ən böyük töhfəni, şübhəsiz, bizim qeyri-hökumət təşkilatlarımız verəcək. QHT-lərimiz həm ölkə daxilindəki inkişafı dəstəkləyəcək, həm də region ölkələri ilə inteqrasiya yönündə fəaliyyətlər göstərərək irəliyə yol açacaqlar. Türk dünyasının geniş coğrafiyasında vətəndaş cəmiyyətinin güclənməsi həm də bölgəmizdə sülhün, inkişafın və sabitliyin möhkəm əsaslar üzərində qurulması deməkdir".

Son xəbərlər

Bütün Xəbər Lenti