Böyük Britaniyadan olan ər-arvad Mərakeşdəki hoteldə həyatını itirib
- 03 noyabr, 2026
- 03:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Mərakeşin Aqadir şəhərində Böyük Britaniyadan olan ər-arvadın qazdan zəhərlənmə ehtimalı ilə mehmanxanada həyatını itirdiyi bildirilib.
"Report" "Maghreb Times"a istinadən xəbər verir ki, iki turistin meyiti hotel nömrələrinin birində aşkarlanıb.
Nəşrin mənbəyinin məlumatına görə, eyni mehmanxanada qalan daha iki Fransa vətəndaşı ciddi şəkildə zəhərlənib və xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, britaniyalıların ölümünə və fransız turistlərin zəhərlənməsinə mehmanxana nömrələrindəki qaz sızması səbəb ola bilər.
Hadisənin dəqiq səbəbi müəyyənləşdirilir. Məhkəmə-tibbi ekspertizasının və zərərçəkənlərin müayinəsinin nəticələrinin qazın növünü və onun sızma mənbəyini müəyyən etməyə imkan verəcəyi gözlənilir.
Aqadirin hüquq-mühafizə orqanları prokurorluğun nəzarəti altında araşdırmanı davam etdirir.