"Bloomberg": ABŞ NATO-dan Ukrayna üçün silahlara daha çox vəsait tələb edəcək

Digər ölkələr
  • 03 noyabr, 2026
  • 03:41
Bloomberg: ABŞ NATO-dan Ukrayna üçün silahlara daha çox vəsait tələb edəcək

Birləşmiş Ştatlar NATO üzrə müttəfiqlərinə Ukrayna üçün Amerika silahlarının alınmasını nəzərdə tutan PURL proqramına töhfələri artırmaq xahişi ilə müraciət etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Vaşinqton müvafiq sorğu ilə artıq noyabr ayında çıxış edə bilər.

Əlavə maliyyələşdirmənin dəqiq məbləği hələ məlum deyil. Bununla yanaşı, satışı artıq təsdiqlənmiş silahların dəyəri ilə daxil olan vəsaitlərin həcmi arasındakı fərq təqribən 2 milyard dollar təşkil edir.

PURL (Prioritised Ukraine Requirements List) proqramı NATO müttəfiqləri və digər tərəfdaşların vəsaitləri hesabına Ukrayna üçün Amerika silahlarının alınmasını nəzərdə tutur. Tədarükləri Şimali Atlantika Alyansı koordinasiya edir.

44 filmi