Diyarbəkirdə yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 12 nəfər yaralanıb

Region
  • 03 noyabr, 2026
  • 03:43
Diyarbəkirdə yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 12 nəfər yaralanıb

Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda yük maşını ilə yüngül kommersiya avtomobilinin toqquşması nəticəsində 2 nəfər həyatını itirib, 12 nəfər yaralanıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, sürücülərinin şəxsiyyəti hələ müəyyənləşdirilməyib.

Nömrə nişanları da məlum olmayan qaz balonları olan yük maşını ilə yüngül kommersiya avtomobili Diyarbəkir-Mardin avtomobil yolunun Oğlaqlı qovşağı ərazisində toqquşub. Qəzada 2 nəfər ölüb, 2-si ağır olmaqla, 12 nəfər yaralanıb.

Məlumat əsasında əraziyə təcili tibbi yardım və jandarm qrupları cəlb edilib. Xəsarət alanlar şəhərdəki xəstəxanalara çatdırılıb.