Brüsseldə Avropanın müharibədən sonrakı quruluşuna dair məsləhətləşmələr aparılacaq

Digər ölkələr
  • 03 noyabr, 2026
  • 04:50
Brüsseldə Avropanın müharibədən sonrakı quruluşuna dair məsləhətləşmələr aparılacaq

Bu həftə amerikalı müzakirəçilər Brüsseldə Böyük Britaniya, Almaniya, Fransa, Avropa İttifaqı (Aİ) və NATO nümayəndələri ilə Ukrayna üçün təhlükəsizlik zəmanətləri və Avropanın müharibədən sonrakı quruluşuna dair məsləhətləşmələr aparacaqlar.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff "X" sosial şəbəkəsində bildirib.

"Bu həftə amerikalı müzakirəçilər Ukrayna üçün təhlükəsizlik zəmanətlərini, Avropada müharibədən sonrakı təhlükəsizlik arxitekturasını, eləcə də Ukraynanın bərpasına kömək etmək üçün iqtisadi imkanları müzakirə etmək məqsədilə Brüsseldə Böyük Britaniya, Almaniya, Fransa, Aİ və NATO nümayəndələri ilə görüşəcəklər", - o yazıb.

Uitkoff əvvəlki görüşlərin nəticələrini nəzərə alaraq danışıqlar prosesinin daha da irəliləyəcəyinə ümid etdiyini bildirib.

"Biz gələcək nəsillərin uzunmüddətli təhlükəsizliyini təmin edəcək hərtərəfli və möhkəm sülh sazişinə doğru irəliləmək üçün Kiyev, Oslo və Sankt-Peterburqda əldə edilmiş uğurları inkişaf etdirməyə ümid edirik", - xüsusi elçi əlavə edib.

44 filmi