Edlam Yemeru: "WUF13-un nəticəsi "Baku Call to Action" adlı fəaliyyətə çağırış olacaq"

Xarici siyasət
  • 17 noyabr, 2025
  • 15:48
Edlam Yemeru: WUF13-un nəticəsi Baku Call to Action adlı fəaliyyətə çağırış olacaq

Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) mənzil sahəsində qlobal çağırışların müzakirəsi üçün güclü platforma olacaq.

"Report"un məlumatına görə, bunu BMT-nin Məskunlaşma Proqramında ("Un-Habitat") xarici əlaqələr, strategiyalar, biliklər və innovasiyalar üzrə direktor Edlam Yemeru tədbirlə bağlı Bakıda diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, WUF13-ün əsas nəticəsi "Baku Call to Action" adlanan fəaliyyətə çağırış olacaq: "Bu, bütün maraqlı tərəflərin və iştirakçıların fikrincə, siyasətin bütün səviyyələrində və bütün maraqlı tərəflər üçün prioritet olmalı olan əsas tədbirləri əks etdirən qısa, dəqiq bir sənəd olacaq".

E.Yemeru qeyd edib ki, "Un-Habitat" mühüm layihələri və təşəbbüsləri dəstəkləmək üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti