Azərbaycan millisinin Avropa Liqasındakı final matçlarının başlama vaxtı açıqlanıb
Komanda
- 28 iyun, 2016
- 09:58
Bakı. 28 iyun. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin Slovakiya ilə keçirəcəyi Avropa Liqasının final oyunlarının yeri və başlama saatı açıqlanıb. "Report"un məlumatına görə, ilk matç iyunun 30-da Nitra şəhərindəki idman sarayında olacaq.
Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşü serbiyalı Mirko Yankoviç və macarıstanlı Eva Tibor idarə edəcək.
Cavab görüşü isə iyulun 3-də Bakı İdman Sarayında baş tutacaq. İtaliyalı Corco Qnani və hollandiyalı Helena Geldofun idarə edəcəyi oyun saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Yunanıstanı, Slovakiya Sloveniyanı məğlub edib.
Son xəbərlər
05:15
Pit Heqset prezidentliyə namizədliyini irəli sürmək planlarını təkzib edib - YENİLƏNİB
Digər ölkələr04:53
İraq və Oman İrana qarşı ABŞ sanksiyalarının nəticələri barədə xəbərdarlıq edib
Digər ölkələr04:25
ABŞ-də ali rəhbərliyin təxliyəsi üçün yeni helikopter eskadrilyası yaradılıb
Digər ölkələr03:52
Nepalda daşqından sonra itkin düşənlərin sayı iki minə yaxınlaşır
Digər ölkələr03:21
ABŞ sentyabrda Venesuela ilə enerji sazişi bağlamağı planlaşdırır
Digər ölkələr02:48
Pezeşkian: Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik
Region02:18
ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib
Digər ölkələr01:49
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
Region01:20