İraq və Oman İrana qarşı ABŞ sanksiyalarının nəticələri barədə xəbərdarlıq edib

Digər ölkələr
  • 29 avqust, 2026
  • 04:53
İraq və Oman İrana qarşı ABŞ sanksiyalarının nəticələri barədə xəbərdarlıq edib

İraq ilə Omanın xarici işlər nazirləri Fuad Hüseyn və Bədr əl-Busaidi xəbərdarlıq ediblər ki, ABŞ-ın İrana qarşı sanksiyalarının sərtləşdirilməsi İslam Respublikası ilə ticari-iqtisadi və maliyyə əlaqələrini azalda və regiondakı vəziyyətə mənfi təsir göstərə bilər.

"Report" xəbər verir ki, bu barədə İraq XİN-in iki nazir arasında telefon danışığının yekunlarına dair bəyanatında deyilir.

"Hüseyn ilə əl-Busaidi ABŞ və İran arasındakı həll olunmamış məsələləri, həmçinin İranla iqtisadi və maliyyə əməliyyatlarını məhdudlaşdıracaq tətbiq edilən Amerika sanksiyalarını və onların regional vəziyyət üçün potensial mənfi nəticələrini müzakirə ediblər", - bəyanatda bildirilib.

İraq və Omanın xarici siyasət idarələrinin rəhbərləri yaranan problemlərin həlli yollarının tapılması və onların nəticələrinin yumşaldılması üçün maraqlı ölkələrin təcili görüşlərinin keçirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər həmçinin Bağdad və Maskat arasında əməkdaşlığın və koordinasiyanın davam etdirilməsinin, bu istiqamətdə birgə təşəbbüslərin həyata keçirilməsinin, eləcə də onların müzakirəsinə və iştirakına digər ölkələrin cəlb edilməsinin lehinə çıxış ediblər.

44 - Tezliklə