Tramp BKS-dəki amerikalı astronavtlarla rabitə seansı keçirib

Digər ölkələr
  • 29 avqust, 2026
  • 01:20
Tramp BKS-dəki amerikalı astronavtlarla rabitə seansı keçirib

ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Kosmik Stansiyada (BKS) olan amerikalı astronavtlarla əlaqə saxlayıb.

"Report" xəbər verir ki, rabitə seansı NASA-nın Hyustondakı Uçuşları İdarəetmə Mərkəzindən baş tutub.

"Sizinlə birlikdə olmaq böyük şərəfdir və mən sizə təşəkkür etmək istəyirəm. Siz böyük amerikalılar, böyük vətənpərvərlər və cəsur insanlarsınız", - Tramp deyib.

Astronavtlar Prezidenti Beynəlxalq Kosmik Stansiyada salamlamaq istədiklərini bildiriblər. Buna cavab olaraq Tramp qeyd edib ki, bir çox amerikalı BKS-ə getmək istəsə də, o, onlara aid deyil.

Amerika Prezidenti həmçinin astronavtları Yerə qayıtdıqdan sonra Ağ Evə dəvət edib.

Tramp qeyd edib ki, ABŞ-nin kosmik imkanları bu ilin əvvəlində Venesuelada hərbi əməliyyatın keçirilməsinə kömək edib, həmçinin ABŞ-yə qeyri-qanuni miqrasiya axınlarını izləməyə yardım göstərir.

Hazırda BKS-də astronavtlar Anil Menon, Cessika Meir və Ceya Xetuey çalışır.