UN-Habitat: WUF-13 mənzil fondu ilə bağlı islahatlarının irəliləməsi üçün müstəsna fürsət yaradır

İnfrastruktur
  • 19 may, 2026
  • 15:12
UN-Habitat: WUF-13 mənzil fondu ilə bağlı islahatlarının irəliləməsi üçün müstəsna fürsət yaradır

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF-13) mənzil fondu ilə bağlı islahatlarının və təcrübələrin irəliləməsi üçün müstəsna fürsət yaradır.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı Direktoru xanım Anaklaudia Rossbax bəyan edib.

Onun adından bəyanatı Un-Habitat-ın Qlobal Həllər Şöbəsinin direktoru Rafels Tuts WUF13 çərçivəsində təşkil olunmuş "Hamı üçün adekvat mənzil üzrə Hökumətlərarası Açıq Tərkibli Ekspert İşçi Qrupu: Mənzil dayanıqlılığı və davamlılığı üzrə sessiyalararası görüş"də oxuyub.

A.Rossbaxın sözlərinə görə, bu sessiyalararası proses mənzil təminatına dair normativ rəhbərliyə xüsusi olaraq həsr olunmuş ilk və yeganə BMT mandatlı hökumətlərarası platformadır: "Burada hazırlanan tövsiyələr 2029-cu ildə UN-Habitat Assambleyasının üçüncü sessiyasına təqdim olunacaq və bundan çox daha əvvəl islahatları və təcrübələrə yön verəcək. ​Forumda qeyri-formal məskunlaşma, iqlim dayanıqlılığı və maliyyələşdirmə ilə bağlı aparılan müzakirələr birbaşa mənzil prosesi üzrə Açıq İşçi Qrupunu qidalandırmalıdır və eyni zamanda "Bakı Fəaliyyətə Çağırış" sənədi bizim bu zalda hazırladığımız hədəflərin tam miqyasını əks etdirməlidir".

Qonaq qeyd edib ki, səhv layihələndirilmiş davamlılıq siyasətləri qorumaq üçün nəzərdə tutulduğu insanlara bilmədən zərər vura bilər: "Həmin siyasətlər azgəlirli icmaları sıxışdırıb çıxara bilər, faydaları daha varlı ev təsərrüfatlarının əlində cəmləşdirə bilər və ya qeyri-formal məskunlaşma yerlərini iqlim maliyyəsindən tam kənarda qoya bilər. Qəbul etdiyimiz hər tövsiyə adekvat mənzil hüququna əsaslanmalıdır. Ekoloji iddia və mənzil ədaləti bir-biri ilə ziddiyyət təşkil etmir; siyasətlərimizi düzgün layihələndirsək, onlar bir-birini qarşılıqlı şəkildə gücləndirir".

44 filmi