Bakıda keçiriləcək U-23 Avropa çempionatının biletləri satışa çıxarılıb

Fərdi
  • 15 may, 2024
  • 14:24
Bakıda keçiriləcək U-23 Avropa çempionatının biletləri satışa çıxarılıb

Mayın 20-dən 26-dək Bakı İdman Sarayında keçiriləcək U-23 Avropa çempionatının biletləri satışa çıxarılıb.

"Report" Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ilk dəfə ölkəmizdə təşkil ediləcək yarışın biletləri “İticket” vasitəsilə satışa çıxarılıb.

Qiyməti 2 manat təşkil edən biletlər hər gün gündüz və axşam olmaqla, 2 fərqli seans üzrə satışdadır. Yalnız son yarış günündə 1 seans (axşam) nəzərdə tutulub. 1, 2, 4, 5, 14 və 15-ci sektorlar üçün bilet satışı həyata keçirilir. Ümumilikdə 6630 bilet satışa çıxarılıb.

Qeyd edək ki, biletləri iticket.az saytından onlayn qaydada və “İticket”in şəhərin müxtəlif məkanlarında yerləşən satış məntəqələrindən əldə etmək mümkündür.