Mirziyoyev: Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq

Xarici siyasət
  • 08 oktyabr, 2026
  • 11:37
Mirziyoyev: Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq

Azərbaycanın sədrliyi ilə C6 formatında əməkdaşlıq əlavə impuls qazanacaq.

"Report"un Türkmənistana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə deyib.

"Fürsətdən istifadə edərək, Azərbaycanı məşvərət görüşlərində sədrliyi qəbul etməsi münasibətilə təbrik edirəm. Əminəm ki, Azərbaycan tərəfinin rəhbərliyi altında formatımız çərçivəsində fəaliyyət əlavə impuls qazanacaq, qardaşlıq münasibətləri, əməkdaşlıq isə birliyin, etimadın və həmrəyliyin möhkəmlənməsinə töhfə verəcək", – o deyib.