Saatlıda avtomobil işıq dirəyinə çırpılıb, sərnişin ölüb
Hadisə
- 08 oktyabr, 2026
- 09:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Saatlıda minik avtomobili işıq dirəyinə çırpılıb, sərnişin ölüb.
"Report" xəbər verir ki, 2003-cü il təvəllüdlü Rəhman Möhsüm oğlu Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobili Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, daha sonra isə dəmir-beton hasara çırpılıb.
Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - Könül Mirzağa qızı Məmmədova və Bahar Möhsüm qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, Bahar Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Son xəbərlər
10:35
Azərbaycan və Böyük Britaniya dual listinq imkanlarını müzakirə edib
Maliyyə10:34
Tokayev: Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir
Xarici siyasət10:31
Foto
Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanıb
Sosial müdafiə10:31
Berdiməhəmmədov: Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır
Xarici siyasət10:30
Foto
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib - YENİLƏNİB
Xarici siyasət10:23
Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
Hadisə10:21
Foto
Azərbaycanla Türkiyə sənaye zonaları ilə bağlı Anlaşma Memorandumu imzalayıb
Sənaye10:19
Deklan Rays "Arsenal"la yeni uzunmüddətli müqavilə imzalamağa yaxındır
Futbol10:15