Azərbaycan və Kot‑d"İvuar biznes sahəsində potensialı müzakirə edib
- 08 oktyabr, 2026
- 11:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünyada aparıcı kakao və əhəmiyyətli keşyu ixracatçısı olan Kot‑d"İvuarın Azərbaycan biznesi üçün potensialı dəyərləndirilib.
"Report" Azərbaycan Sahibkarlar Konfederasiyasına (ASK) istinadən xəbər verir ki, bu barədə konfederasiya ilə Kot‑d"İvuarın "Nouveau Regard Ivoirien" (NRI - Fildişi Sahilindən Yeni Baxış) təşkilatının prezidenti Mohamed Bakayoko ilə keçirilən görüşdə müzakirə edilib.
Görüş zamanı iki ölkə arasında ticarət dövriyyəsinin cari vəziyyəti, əsas idxal-ixrac məhsulları və yeni investisiya imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
M. Bakayoko ölkəsinə investisiya yatırmaq marağında olan biznes nümayəndələri üçün dövlət tərəfindən müxtəlif güzəştlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Həmçinin, qeyri-kommersiya təşkilatı olan NRI-nin sosial, iqtisadi, təhsil və mədəni sahələrdəki fəaliyyətləri barədə məlumat verilib.