Yardımlıda avtomobil yolunun təmirinə iki milyon manat ayrılıb - SƏRƏNCAM
Daxili siyasət
- 24 oktyabr, 2025
- 12:49
İki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yardımlı–Deman–Arvana avtomobil yolunun dağılmış hissəsi bərpa olunacaq və istinad divarları tikiləcək.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla bu məqsəd üçün dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə avtomobil yolunun təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycanın 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq tapşırılıb.
Son xəbərlər
14:56
Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulmasında son vəziyyət açıqlanıb
İnfrastruktur14:51
Ermənistan vətəndaşlarının məhkəməsində Xocalı soyqırımının şahidi olmuş zərərçəkmişin ifadəsi elan edilib
Digər14:50
Nəsimi Ağayev: Azərbaycanla Ermənistan arasında sülh praktikada da mövcuddur
Xarici siyasət14:48
Fransa millisinin futbolçusu "Liverpul"a keçə bilər
Futbol14:47
Türkiyədə qanunsuz miqrantları daşıyan rezin qayıq batıb, 14 nəfər ölüb - YENİLƏNİB
Region14:45
"Taxtakörpü" su anbarında meyit tapılıb
Hadisə14:38
Ukraynada qatarda qumbara partladılıb: hücum edən və daha dörd nəfər ölüb
Digər ölkələr14:36
"AzInTelecom"un təcrübəsi Filip Kotlerin "Müasir marketinqin əsasları" kitabında yer alacaq
İKT14:35
Foto