Ukraynada vağzalda qumbara partladılıb: dörd nəfər ölüb - YENİLƏNİB
- 24 oktyabr, 2025
- 15:20
Ukrayna Polisi Jitomir vilayətinin Ovruç şəhərindəki dəmiryolu vağzalında qumbara partlaması nəticəsində dörd nəfərin öldüyünü təsdiqləyib.
"Report"un polisin bəyanatına istinadən verdiyi məlumata görə, qumbaranı 23 yaşlı Xarkov sakini işə salıb.
İlkin məlumata görə, Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları sərnişinlərin sənədlərini yoxlayırdılar.
"Qumbaranı partladan 23 yaşlı Xarkov sakini də həlak olub. Ölənlərdən biri isə sərhəd keşikçisidir", - məlumatda qeyd edilib.
Milli Polis idarəsindən vurğulanıb ki, hazırda 12 nəfərin yaralı olduğu bilinir. Onlar tibb müəssisəsindədirlər.
Ukraynanın Jitomir vilayətində bir kişi qatarda qumbara partladıb, dörd nəfər və cinayətkarın özü ölüb.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
İlkin məlumatlara görə, hadisə Ovruç şəhərində sənədlərin yoxlanılması zamanı baş verib.
"Kişi haraya və nə üçün getdiyini izah edə bilməyib. Sərhədçi qadın ondan çıxmasını xahiş edib, bundan sonra kişi qumbaranı partladıb", - mənbə bildirib.
Partlayış nəticəsində cinayətkarın özü, sərhədçi qadın və qatarın daha üç sərnişini həlak olub. Hadisə yerində polis əməkdaşları və istintaq-əməliyyat qrupları işləyir.
Hüquq-mühafizə orqanlarından rəsmi məlumat hələ ki açıqlanmayıb.