Ballıca sakini: Avtoyuma sexi açmaq üçün bütün zəruri avadanlıqlarla təmin edildim
- 24 oktyabr, 2025
- 14:35
Xocalı rayonunun Ballıca kənd sakini avtoyuma sexi açmaq üçün bütün zəruri avadanlıqlarla təmin edildiyini deyib.
Ballıca kənd sakini Rasim Əliyev Dövlət Məşğulluq Agentliyinin xətti ilə Xocalıya təşkil olunan mediatur çərçivəsində "Report"un bölgəyə ezam edilmiş əməkdaşına açıqlamasında bildirib ki, qısa müddət ərzində avtoyuma sexi üçün lazım olan bütün avadanlıqlarla təmin olunub.
O, ötən ilin dekabrından Ballıca kəndində məskunlaşdığını deyib:
"Məcburi köçkünlük dövründə Oğuz rayonunda yaşamışıq. Kəndimizə köçəndən dərhal sonra Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Qısa müddət ərzində məni Agentliyə dəvət edərək avtoyuma sexi üçün lazım olan köpük, kimyəvi məhlul, suçiləmə aparatları da daxil olmaqla, bütün zəruri avadanlıqlarla təmin etdilər. İndi bu sexin fəaliyyəti sayəsində gündəlik tələbatımızı ödəyirik".