Türkiyədə qanunsuz miqrantları daşıyan qayıq batıb, 17 nəfər ölüb - YENİLƏNİB-2

Region
  • 24 oktyabr, 2025
  • 22:17
Türkiyədə qanunsuz miqrantları daşıyan qayıq batıb, 17 nəfər ölüb - YENİLƏNİB-2

Egey dənizinin Türkiyəyə aid hissəsində, Bodrum sahillərinə yaxın bölgədə qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 17-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, iki nəfər xilas edilib.

Axtarış-xilasetmə tədbirlərinə 77 nəfərlik şəxsi heyət cəlb olunub.

Egey dənizinin Türkiyənin Bodrum sahillərinə düşən ərazisində qanunsuz miqrantları daşıyan rezin qayıq batıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 14 nəfər ölüb.

Ərazidəki axtarış-xilasetmə işlərinə dörd Sahil Mühafizə qayığı, Sahil Mühafizə dalğıc qrupu, helikopter və çoxsaylı heyət cəlb olunub.

İki nəfərin xidmət əməkdaşları tərəfindən xilas edildiyi bildirilir. İtkin düşdüyü ehtimal olunan daha 2 şəxsin axtarış-xilasetmə işləri davam edir.

Egey dənizinin Türkiyənin Bodrum sahillərinə düşən ərazisində qanunsuz miqrantları daşıyan rezin qayıq batıb.

"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsinə dənizdən 7 nəfərin cansız bədəni tapılıb. Sahil Mühafizə Briqadası tərəfindən bir nəfər xilas edilib. Qayıqda olan başqa bir nəfər isə özü üzərək sahilə çıxmağı bacarıb.

Ərazidə axtarış işləri davam etdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti