Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulmasında son vəziyyət açıqlanıb

İnfrastruktur
  • 24 oktyabr, 2025
  • 14:56
Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulmasında son vəziyyət açıqlanıb

Naxçıvan Muxtar Respublikasında Əlincəçaydan su götürən və Culfa rayonundakı Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması layihəsi çərçivəsində çaya düşən hissədə sel sularının qarşısını almaq məqsədilə müvəqqəti suötürən boru kəmərinin çəkilişi yekunlaşmaq üzrədir.

"Report"un yerli bürosu xəbər verir ki, mövcud trapesiya tipli kanalın 800 pm hissəsi sökülərək yenidən qurulub və həmin sahədə işlər tam başa çatdırılıb.

Hazırda düzbucaqlı kanalın birinci hissəsində öküntü və paralel olaraq tikinti işləri həyata keçirilir. Düzbucaqlı kanalın ikinci hissəsində - Bənəniyar gölünə tökülən 500 pm sahədə torpaq işləri başa çatdırılıb, ərazi inşaata hazır vəziyyətə gətirilib.

Bu hissəyə beton maşınlarının və iri texnikaların daxil olması mümkün olmadığından, göl ətrafında relyefi daha az mail olan istiqamətdə 2-3 km məsafədə torpaq yolu genişləndirilərək işlək vəziyyətə salınıb. Bütün planlama işləri başa çatıb, yaxın günlərdə bu ərazidə də tikintiyə başlanılması nəzərdə tutulur. Şüşə lifli boruların quraşdırılacağı dağlıq ərazidə 1 km uzunluğunda, 10–14 metr enində torpaq işləri görülüb. Ümumi layihə çərçivəsində 80-dən çox müxtəlif qurğunun inşası planlaşdırılır.

Layihənin ümumi icra müddəti 22 ay müəyyən edilib və 2027-ci ilin iyul ayında tam təhvil verilməsi nəzərdə tutulur.

Son xəbərlər

Bütün Xəbər Lenti