Nyu-Yorkda koronavirusa yoluxanların sayı 263 mini ötdü
- 23 aprel, 2020
- 23:10
ABŞ-ın Nyu-Yorkda ştatında koronavirusa yeni yoluxmanın sayının kəskin artımı qeydə alınıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endrü Kuomonun saytında yerləşdirilmiş xəbərində deyilir.
"Nyu-York ştatında koronavirusa 6 244 yeni yoluxmanı təsdiq edirik. Belə hadisələrin ümumi sayı 263 460-a qədər artıb", - mətndə qeyd edilir.
Bildirilir ki, ştatda bir gün ərzində xəstəlikdən 471 ölüm qeydə alınıb.
ABŞ-da koronavirusa yoluxanların sayı 947 985 min nəfərdir. Bu barədə isə Birləşmiş Ştatlarda federal və yerli hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb. Məlumata görə, ABŞ-da COVID-19 infeksiyasından ölənlərin sayı 47 034 nəfərə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.