Cavid Abdullayev: "Dənizdə bərpa olunan enerji layihələri üçün istifadəçi seçimi mərhələsinə keçilir"
- 07 sentyabr, 2026
- 11:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Xəzər dənizində 711,4 km2-lik bərpa olunan enerji ərazisi üzrə ikinci mərhələyə keçilir.
Bunu "Report"a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin sədri Cavid Abdullayev deyib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə dəniz su obyektlərinin 711,4 kvadratkilometr ərazisi bərpa olunan enerji mənbələri ərazisi kimi təsbit edilib: "Artıq qanunvericiliyə uyğun olaraq, bu məsələlər mərhələli şəkildə həyata keçirilməlidir. Biz artıq ikinci mərhələyə keçə bilərik. Yəni həmin bərpa olunan enerji mənbələri ərazilərində istifadəçinin seçilməsi ilə bağlı bir sıra şirkətlər hazırda istər desk-top tədqiqatları, istərsə də ərazidə ölçmələri çox intensiv şəkildə davam etdirirlər".
C. Abdullayev qeyd edib ki, dənizdə külək elektrik stansiyaları çox mürəkkəb layihələrdir: "Burada işlər qurudakı kimi sürətlə getmir, çox böyük iş tələb olunur. Bunun davamı olaraq, yəqin ki, tez bir zamanda burada da müəyyən nəticələrə nail ola biləcəyik".