IRENA: Azərbaycan Mərkəzi Asiya və Avropanın enerji bazarlarını əlaqələndirməyə qadirdir

Energetika
  • 07 sentyabr, 2026
  • 11:48
IRENA: Azərbaycan Mərkəzi Asiya və Avropanın enerji bazarlarını əlaqələndirməyə qadirdir

Azərbaycan təkcə öz bərpa olunan enerji resurslarını inkişaf etdirmək potensialına malik deyil, həm də Mərkəzi Asiya və digər regionların təmiz enerjisini, infrastruktur layihələrini və bazarlarını birləşdirən regional mərkəzə çevrilməyə qadirdir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"da bildirib.

O vurğulayıb ki, gələcəyin enerji sistemləri sadəcə enerji resurslarının yerləşməsi ilə deyil, bərpa olunan mənbələrin mənimsənilməsi, müvafiq infrastrukturun qurulması və bazarların bir-biri ilə inteqrasiyası imkanları ilə formalaşacaq:

"Bu, Mərkəzi Asiya üçün ciddi perspektivlər yaradır və biz nazir Pərviz Şahbazovdan (Azərbaycanın energetika naziri - red.) bu regionda artıq nə qədər təşəbbüsün həyata keçirildiyini, o cümlədən Avropa ilə əlaqələrin yaradılması istiqamətində addımların atıldığını öyrəndik. Bakıda COP29-un verdiyi təkana əsaslanaraq, biz indi praktiki icra gündəliyini daha da irəliyə, COP31-ə doğru aparmalıyıq. İndi əsas diqqət sahəvi tətbiq, şəbəkə infrastrukturuna investisiya qoyuluşu, əlverişli siyasi mühitin formalaşdırılması və maliyyənin cəlb edilməsi yolu ilə ambisiyaların konkret addımlara çevrilməsinə yönəldilməlidir. Bu planların reallaşdırılmasında regional inteqrasiya da eyni dərəcədə mühüm rol oynayacaq".

IRENA-nın baş direktoru bərpa olunan enerjinin əsas milli prioritetlərdən birinə çevrilməsində Azərbaycanın xidmətlərini, o cümlədən ölkənin 2027-ci ilə qədər ümumi gücü 2 QVt olan "yaşıl enerji" layihələrini istismara vermək niyyətini qeyd edib:

"Azərbaycanın yalnız özünün bərpa olunan resurslarının istifadəsi çərçivəsindən kənara çıxaraq, Mərkəzi Asiya və onun hüdudlarından kənarda təmiz enerjini, infrastrukturu və bazarları əlaqələndirən regional hab olmaq imkanı var. Azərbaycan və Mərkəzi Asiya həmçinin enerji sistemlərinin regional inteqrasiyası və "yaşıl enerji" dəhlizlərinin yaradılması vasitəsilə özlərinin nəhəng bərpa olunan enerji mənbələri (BOEM) potensialından və strateji coğrafi mövqeyindən istifadə etmək üçün lazım olan bütün imkanlara malikdir".

44 filmi