Finlandiya Hörmüzdə təhlükəsizliyin təmin edilməsi missiyasında iştirak variantları hazırlayır
Digər ölkələr
- 18 aprel, 2026
- 17:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Finlandiya Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi üçün Fransa və Böyük Britaniya ilə müzakirə olunan çoxmillətli missiyada iştirak variantlarını hazırlayır.
"Report" "Yle" dövlət yayımçısına istinadən xəbər verir ki, bunu Finlandiyanın müdafiə naziri Antti Hakkanen bəyan edib.
Onun sözlərinə görə, bu məsələdə əsas rol Qərbi Avropanın aparıcı ölkələrinin üzərinə düşəcək, Finlandiyanın imkanları isə bir sıra amillərə görə çox məhduddur.
Hakkanen qeyd edib ki, ölkələr davamlı atəşkəsi gələcək missiyanın əsas şərti hesab edir.
"Böyük Britaniya və Fransa bu əməliyyatın zəruriliyini daim qiymətləndirir. Bu məsələdə ABŞ ilə dialoq vacibdir", – nazir əlavə edib.
Son xəbərlər
05:55
Manisada təcili tibbi yardım maşını ilə traktor toqquşub
Region
05:47
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
Digər ölkələr
05:17
WSJ: ABŞ İranın Qeşm adasına zərbə endirib
Digər ölkələr
04:50
Brüsseldə Avropanın müharibədən sonrakı quruluşuna dair məsləhətləşmələr aparılacaq
Digər ölkələr
03:55
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
Digər ölkələr
03:43
Diyarbəkirdə yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 12 nəfər yaralanıb
Region
03:41
"Bloomberg": ABŞ NATO-dan Ukrayna üçün silahlara daha çox vəsait tələb edəcək
Digər ölkələr
03:17
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk qızıl medalçısı Bakıya qayıdıb
Fərdi
03:00
Böyük Britaniyadan olan ər-arvad Mərakeşdəki hoteldə həyatını itirib
Digər ölkələr