Heydər Əliyev Mərkəzinin qarşısında “On milyon” adlı fleşmob keçirilib

Daxili siyasət
  • 08 aprel, 2019
  • 06:06
Heydər Əliyev Mərkəzinin qarşısında “On milyon” adlı fleşmob keçirilib

Nərimanov Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısında “On milyon” adlı fleşmob keçirilib.

"Report" xəbər verir ki, 200-dən çox rayon gəncinin iştirak etdiyi fleşmob Azərbaycanın on milyonuncu vətəndaşının anadan olması münasibətilə təşkil olunub. 

Fleşmob gənclərin, Heydər Əliyev Mərkəzinin ətrafında istirahət edən sakinlərin, turistlərin böyük marağına səbəb olub.