Bakıda paralimpiya komitələrinin nümayəndələri ilə əməkdaşlıq müzakirə olunub
- 15 oktyabr, 2026
- 16:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsi, birgə təşəbbüs və layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Bu barədə "Report"a Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) məlumat verilib.
Nümayəndə heyəti AMPK-nın yaradılmasının 30 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə ölkəmizdə səfərdədir.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Tərəflər həmçinin Beynəlxalq Paralimpiya Komitəsi və Avropa Paralimpiya Komitəsi ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.