"Turan Bank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 15 oktyabr, 2026
  • 16:50
Turan Bank maliyyə vəziyyətini açıqlayıb

"Turan Bank" ASC bu ilin yanvar-sentyabr aylarını 2,172 milyon manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,6 % çoxdur.

9 ayda "Turan Bank"ın gəlirləri 106,929 milyon manat (1 il əvvələ nisbətən 15,8 % çox), xərcləri 85,022 milyon manat (19,9 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 19,735 milyon manat (16,4 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə "Turan Bank"ın aktivləri 909,718 milyon manat olub ki, bu da illik müqayisədə 1,9 % çoxdur. Bunun 639,132 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4,6 % kiçilib.

Hesabat dövründə "Turan Bank"ın öhdəlikləri 1,9 % artaraq 803,301 milyon manat, o cümlədən depozit portfeli 4,4 % azalaraq 425,657 milyon manat, balans kapitalı isə 1,8 % artaraq 106,417 milyon manat olub.

Xatırladaq ki, "Turan Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100,006 milyon manatdır. Bankın səhmlərinin 42,9 %-i 8 hüquqi şəxsə, 57,1%-i isə 20 fiziki şəxsə məxsusdur.

44 - Tezliklə