Mirziyoyev və Al Tani Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər

Xarici siyasət
  • 15 oktyabr, 2026
  • 16:52
Mirziyoyev və Al Tani Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən sammiti çərçivəsində danışıqlar aparıblar.

"Report" xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat verib.

"Görüş zamanı liderlər strateji tərəfdaşlığın möhkəmləndirilməsi, investisiya əməkdaşlığının genişləndirilməsi və aparıcı sahələrdə qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər. Tərəflər həmçinin aktual beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar", - məlumatda deyilir.