​"Gilan Holding" iki yeni şirkət yaradıb

Biznes
  • 26 avqust, 2015
  • 07:03
​Gilan Holding iki yeni şirkət yaradıb

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycanda "Gilan Holding"in təsisçiliyi ilə "Gilan Trading" MMC və "Gilan Tech" MMC adlı iki şirkət qeydiyyatdan keçirilib. "Report"un əldə etdiyi məlumata görə, hər iki MMC Vergilər Nazirliyində qeydiyyata alınıb.

Ayrı-ayrılıqda nizamnamə kapitalı 100 manat olan şirkətlərin hüquqi ünvanı Yasamal rayonu, Nəriman Nərimanov prospekti,206, məhəllə 466-dır. Hər iki şirkətin qanuni təmsilçisi isə Ceyhun İsmayıl oğlu Cəfərovdur.

Qeyd edək ki, 1992-ci ildən fəaliyyət göstərən "Gilan Holding" tikinti, turizm və sənaye sahəsində fəaliyyət göstərir.