Azərbaycan Latviyadan tomat şirəsi almağa başlayıb
- 10 may, 2023
- 12:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 19 min ABŞ dolları dəyərində 22,8 ton tomat şirəsi gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyət olaraq – 30,6 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 17 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 % çoxdur) 21,6 ton (-17,5 %), Belarusdan 0,6 min ABŞ dolları dəyərində (-70 %) 0,6 ton (-83,3 %), İspaniyadan 0,8 min ABŞ dolları dəyərində 0,3 ton (bir il əvvəl tədarük olmayıb) və Latviyadan 0,2 min ABŞ dolları dəyərində 0,3 ton məhsul alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Latviyadan tədarük həyata keçirilib.