Karol Krofts: "Azərbaycan Böyük Britaniya üçün prioritet ölkədir"

Xarici siyasət
  • 31 may, 2017
  • 15:00
Karol Krofts: Azərbaycan Böyük Britaniya üçün prioritet ölkədir
Report.az

Bakı. 31 may. REPORT.AZ/ "Bu gün səhər iştirak etdiyim Xəzər Neft-qaz Sərgisi iki ölkə arasında olan möhkəm münasibətlərin nümunəsidir." 

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts deyib.

Səfir bildirib ki, Azərbaycan Böyük Britaniya üçün prioritet ölkədir: "Bu, mədəniyyətdən kibertəhlükəsizliyə, təhsildən səhiyyəyə qədər bütün sahələrdə belədir".