Almaniyada kütləvi atışma təhdidi səbəbindən bəzi məktəblərdə dərslər ləğv edilib

Digər ölkələr
  • 13 oktyabr, 2026
  • 12:55
Almaniyada kütləvi atışma təhdidi səbəbindən bəzi məktəblərdə dərslər ləğv edilib

Oşersleben şəhərində (Almaniya) bir neçə məktəbdə kütləvi atışma ilə bağlı anonim təhdid səbəbindən əyani dərslər ləğv edilib.

"Report" xəbər verir ki, bu barədə Almaniya mediası polisə istinadən məlumat yayıb.

Bununla belə, bağlanan məktəblərin dəqiq sayı qeyd olunmur.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, müvafiq təhdid ötən gün axşam edilib. Buna görə də təhlükəsizlik məqsədilə bir sıra məktəblər distant təhsilə keçib. Məktəblərin oktyabrın 14-də işini bərpa edəcəyi planlaşdırılır.

Bundan başqa, polis məktəblərin və uşaq bağçalarının qarşısında nəzarəti gücləndirib.