Respublika Olimpiya İdman Liseyinin təmirdən sonra açılışı olub
- 13 oktyabr, 2026
- 12:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya İdman Liseyinin (ROİL) təmirdən sonra açılışı olub.
"Report"un məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının, Azərbaycan Güləş Federasiyasının rəsmiləri və tanınmış idmançılar iştirak ediblər.
Açılışda nazir Fərid Qayıbov idman obyektində aparılmış təmir və yenidənqurma işləri ilə yaxından tanış olub.
Liseydə sərbəst, yunan-Roma güləşi və cüdo zalları əsaslı təmir olunub. Bundan əlavə, yataqxana, yeməkxana binası və sinif otaqları yenidən qurulub.
Xatırladaq ki, 1963-cü ildən fəaliyyət göstərən Respublika Olimpiya İdman Liseyində dünya və olimpiya çempionları yetişib. Kamandar Məcidov, Boris Koretski, Nazim Hüseynov, Valeri Belenki, Elnur Məmmədli, Xəzər İsayev, Vüqar Orucov, Heydər Məmmədəliyev və başqaları bu məktəbin yetirməsi olublar.