Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib

Xarici siyasət
  • 16 noyabr, 2026
  • 12:23
Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib

Dövlət Miqrasiya Xidməti (DMX) cari ilin oktyabrında Azərbaycan hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı 130 qərar qəbul edib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq DMX-dən məlumat verilib.

Bildirilib ki, həmçinin Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində 2026-cı ilin oktyabr ayı ərzində 74 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.

Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.

44 filmi