Bernem "Brexit"in ölkə iqtisadiyyatına ziyan vurduğunu bəyan edəcək

Digər ölkələr
  • 16 noyabr, 2026
  • 12:26
Bernem Brexitin ölkə iqtisadiyyatına ziyan vurduğunu bəyan edəcək

Böyük Britaniyanın Baş naziri Endi Bernem Brüsseldə (Belçika) keçiriləcək Böyük Britaniya-Aİ sammiti ərəfəsində Avropa ilə münasibətlərin yenidən qurulmasına çağıracaq.

"Report" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, o, bu gün axşam xarici siyasət məsələləri ilə bağlı çıxışında biznesə maneələr yaratdığı və iqtisadi potensiala ziyan vurduğu üçün "Brexit"in işə yaramadığını bəyan edəcək.

Öz çıxışında Bernem həmçinin istənilən gələcək razılaşma üçün üç meyarı müəyyən edəcək: o, hökumətin seçkiqabağı proqramına uyğun olmalı, ilkin "Brexit" sazişini təkmilləşdirməli və insanların gündəlik həyat səviyyəsini nəzərəçarpacaq dərəcədə yüksəltməlidir.

Aİ və Böyük Britaniya arasında ölkənin "Brexit"dən çıxmasından sonra qurulan sərhəd nəzarət məntəqələri Brüssel-London münasibətlərinə yenidən baxılması ehtimalına görə ləğv edilə bilər.

"The Financial Times" nəşri yazır ki, bu həftə Böyük Britaniya-Aİ sammitinin gedişində idxal olunan məhsullarla bağlı sərhəd yoxlamalarının ləğvi barədə razılaşma yekun olaraq təsdiqlənə bilər.

BBC-nin məlumatına görə, sammit çərçivəsində Bernem Aİ ilə ərzaq, energetika və gənclərin mobilliyi məsələləri üzrə yeni sazişlər imzalamaq niyyətindədir.