Respublika Velotrekində gənclər üçün maarifləndirici və idman tədbirləri keçirilib

Fərdi
  • 16 noyabr, 2026
  • 12:20
Respublika Velotrekində gənclər üçün maarifləndirici və idman tədbirləri keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF), Qaradağ və Suraxanı Gənclər Evlərinin birgə təşkilatçılığı ilə Respublika Velotrekində maarifləndirici və idman tədbirləri keçirilib.

Bu barədə "Report"a AzVİF-in mətbuat xidmətindən bildirilib.

Gənclər arasında sağlam həyat tərzinin təbliği, velosiped növünə marağın artırılması və təhlükəsiz idman mühitinin formalaşdırılması məqsədi daşıyan tədbirdə çıxış edən qurumun baş katibi Əli Məmmədov bu cür təşəbbüslərin onların bu sahəyə cəlb olunması, müvafiq infrastrukturla tanışlığı və təhlükəsizlik qaydaları barədə məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb. O, AzVİF-in gənclərlə əməkdaşlığa xüsusi önəm verdiyini və bu istiqamətdə layihələrin davam etdiriləcəyini bildirib.

Daha sonra federasiyanın "Təhlükəsiz İdman" üzrə məsul şəxsi Vüsal Baloğlanov tərəfindən tədbir iştirakçıları üçün velosiped növündə beynəlxalq "Təhlükəsiz İdman" mövzusuna həsr olunmuş maarifləndirici təlim keçirilib. Bu zaman idmançıların hüquqlarının qorunması, təhlükəsiz mühitin təmin edilməsi və müvafiq davranış qaydaları barədə məlumat verilib.

Proqram çərçivəsində təşkil olunan infoturda gənclər Respublika Velotrekində yaradılmış infrastruktur, idman qurğuları və müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar.

44 filmi